Fermerlər xırdabuynuzlu heyvanlarını da sığortalaya biləcək - YENİLİK
Qarşıdakı aylarda aqrar sığorta mexanizmində həm sığortalanan məhsulların, həm də əhatə edilən risklərin siyahısının genişlənməsi nəzərdə tutulur.
Valyuta.az xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondundan məlumat verilib. Belə ki, artıq bir sıra meyvə-tərəvəz bitkiləri, eləcə də xırda buynuzlu heyvanların da aqrar sığorta vasitəsilə sığortalanması barədə qanunvericiliyə dəyişikliklər hazırlanır.
Qanunvericiliyə əsasən hazırda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş əkin sahələri və kənd təsərrüfatı heyvanları sığortalanır.
Xatırladaq ki, 2020-ci ilin noyabr ayından fəaliyyətə başlayan aqrar sığorta mexanizmi vasitəsilə südlük inək və camışları (1-7 yaş), 14 bitki növünü, eləcə də balıqları sığortalamaq mümkündür. Sığortalanan bitkilər bunlardır: buğda, arpa, qarğıdalı, kartof, çəltik, üzüm, limon, naringi, portağal, fındıq, şəkər çuğunduru, tütün, pambıq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay