İsmayıllıda kartof əkini davam edir
İsmayıllı rayonunda kartof əkini davam edir. Artıq 200 hektar sahədə əkin aparılıb. Hazırda bölgənin cənub ərazisində, o cümlədə Qubaxəlilli, Kürdmaşı, Gəraybəyli və Kəlbənd ərazi dairələrində kartof əkilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bu barədə AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari mövsümdə 980 hektarda kartof əkini gözlənilir. Sahələrin 400 hektarında əkin intensiv beçərmə texnologiyalarını özündə birləşdirən sənaye üsulu ilə aparlacaq ki, bu sahələrdə hər hektardan məhsuldarlıq 400 sentenerdən çox olur. Bu cür əkin Talıstan, Diyallı kənd və İsmayıllı şəhər ərazi dairələrində həyata keçiriləcək. Artıq hər yerdə dondurma şumu çıxarılıb, sahələrə üzvi gübrə verilib. Əkində yerli istehsal olan və xarici ölkələrdən gətirilən yüksək repreduksiyalı toxumlardan istifadə ediləcək. Kartof toxumçuluğu ilə məşğul olan “İsmayıllı tərəvəzləri ” MMC-nin anbarında kifayət qədər bu gür toxum vardır.
Qeyd edək ki, kartofçuluq İsmayıllıda ənənəvi təsərrüfat sahəsidir. Ötən il rayonda 970 hektarda kartof yetişdirilib və sahələrdən 14 min 482 ton məhsul götürülüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay