Kənd təsərrüfatı məhsulları vergiyə cəlb olunurmu? - AÇIQLAMA
Vergi Məcəlləsinin 13.2.60-cı amddəsinə əsasən, sənaye üsulu, o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və s. da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi kənd təsərrüfatı məhsullarının istehsalı hesab olnur.
Bəs həmin məhsualların satışı necə təşkil olunur və bu zaman əldə edilən gəlirlər hansı qaydada vergiyə cəlb olunur?
Valyuta.az-ın suallarına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti aydınlıq gətirib.
Qurumdan bildiriblər ki, 1 yanvar 2014-cü ildən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan, o cümlədən, sənaye üsulu ilə hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 10 il müddətinə mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilib.
Onların istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməyib.
Həmin azadolmalar yalnız kənd təsərrüfatının istehsalı fəaliyyətinə tətbiq edildiyindən, şəxsin özü tərəfindən istehsal edilən məhsulların satışından əldə olunan gəlirlərə aid edilir.
Əgər hansısa müəssisə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olursa, bu fəaliyyətlər üzrə əldə olunan gəlir həmin gəlirlərin əldə olunması ilə bağlı olan xərclər çıxıldıqdan sonra mənfəət vergisinə cəlb olunur.
Kənd təsərrüfatı mallarının ixracı isə sıfır dərəcə ilə ƏDV-yə cəlb olunur.
Zeynəb Vəkil
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay