Azad olunan ərazilərdə yeni əkin sahələri salınır - RƏSMİ
Azərbaycanın işğaldan azad olunan Cəbrayıl rayonunda yeni əkin sahələri salınır.
Valyuta.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov məlumat verib.
V.Hüseynov bildirib ki, hazırda Cəbrayıl rayonunun Soltanlı kəndi ərazisində 27 hektardan artıq bir sahə əkin üçün hazırdır.
Nazirlik sözcüsü qeyd edib ki, burada artıq şumlama prosesi sona çatıb:
“Kənd Təsərrüfatı naziri İnam Kərimov və Türkiyəli həmkarı Bekir Pakdemirli ilə birgə burada səpin işləri həyata keçiriləcək. Bu sahədə heyvandarlıqda istifadə edilən yem bitkisi əkiləcək. Bu bitki suvarılmayan sahələrdə əkilir və yüksək məhsuldarlığa malikdir. Bu torpaqlara uyğun bitki olduğundan 27 ha sahədə yem bitkisinin səpin prosesi aparılacaq. Bununla da işğaldan azad edilmiş ərazilərdə yazlıq əkinlərə start verildiyini demək olar”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay