Qarabağda potensial əkin sahələri müəyyən olunub - RƏSMİ
İşğaldan azad edilmiş ərazilərdə mövcud olmuş və dağıdılmış təsərrüfatların bərpası üçün işlər aparılır.
İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupundan Valyuta.az-a verilən məlumata görə, Sahəvi Tədbirlər Planına uyğun olaraq həmin ərazilərdə hərbi əməliyyatlar nəticəsində torpaqlarda baş vermiş deqradasiyanın peyk təsvirləri əsasında ilkin qiymətləndirilməsi və xəritələşdirilməsi işləri aparılır.
Deqradasiya olunmuş torpaqların bərpası üçün qrupun aidiyyəti elmi institutları tərəfindən qiymətləndirmə işləri aparılır. Azad edilmiş rayonlarda kənd təsərrüfatı fəaliyyətinin bərpası və təşkili məqsədilə peyk təsvirləri əsasında potensial əkin sahələri müəyyən olunub və xəritələşdirilib.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər İşçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
Qeyd edək ki Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay