Rusiyaya meyvə-tərəvəz ixrac edən sahibkarlara köməklik göstəriləcək - KOBİA
Azərbaycan sahibkarlarının son vaxtlar Rusiya bazarına meyvə-tərəvəz ixracı zamanı yaşadığı problemlərin aradan qaldırılması istiqamətində növbəti aylarda köməklik göstəriləcək.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2020-ci ilin yekunlarına həsr olunmuş brifinqdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, xüsusilə, Avropa bazarına çıxmaq nəzərdə tutulur ki, bu bazarda yerli sahibkarlar daha çox rəqabət qabiliyyətli olmaqları zəruri olacaq: “Onlar bazarları seçərkən məhsullarını elə təqdim etməlidirlər ki, rəqabətə tab gətirsin. Dövlət maliyyə dəstəyini, təşviq mexanizmlərini göstərəcək. Sahibkarlarla dəfələrlə keçirilən görüşlərdə bu məsələlər ciddi müzakirə olunur və müvafiq tövsiyələr verilir”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay