BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
58437

Son günlər ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti və normadan artıq yağan yağışlar bir sıra problemlər yaradıb. Bu problemlər yol infrastrukturunda müəyyən məhdudiyyətlərə gətirib çıxarıb. Eləcə də küçələr, məhəllələr, obyektlər və fərdi yaşayış evləri subasmaya məruz qalıb. İnsanlar subasmaya məruz qalmış ərazilərdən xilasedicilərin köməkliyi ilə təxliyə olunub. Bununla yanaşı, son günlərin intensiv yağıntılarının kənd təsərrüfatına da mənfi təsirlər göstərdiyi istisna edilmir.

Bəs, görəsən normadan artıq yağıntıların kənd təsərrüfatı məhsullarının qiymətinə təsiri ola bilərmi?

Məsələ ilə bağlı açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və mönitorinq şöbəsinin müdir müavini Fərman Kərimov deyib ki, yağışların kənd təsərüfatı məhsullarının, xüsusilə meyvə tərəvəzin qiymətinə təsir göstərəcəyi gözlənilmir. 

Onun sözlərinə görə, normadan artıq yağan yağışlar meyvə və tərəvəzlərin keyfiyyətinin aşağı düşməsinə səbəb ola bilər: “Amma bu, qıtlıq yaradaraq qiymətlərin artmasına səbəb olmur. Çünki artıq bir çox meyvələrin yığımının sonudur və ona görə də qiymətlərə təsir göstərməsi gözlənilmir”.

Nazirlik rəsmisi söyləyib ki, əvvəldən bu cür yağışlar yağsaydı, müəyyən qədər xərclərə təsir edərdi və eyni zamanda bir sıra meyvələrin yetişməsinə mənfi təsir göstərərdi: “Ancaq meyvələr artıq formalaşıb, yığımlar sona çatır. Ona görə də hər hansı ciddi təsir göstərməyəcək. Ötən il də bu cür yağışlar oldu, ancaq qiymət artımı və ya qıtlığa səbəb olmadı. Bu il də bu cür fəsadlar gözlənilmir”.

© İqtisadiyyat.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Vüqar Qurbanov direktoru işdən çıxardı (FOTO)

Banklar kreditləri neçə faizlə verir? - SON RƏQƏMLƏR

"Azərkontrakt" ləğv edilir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin