Dizelin qiymətinin artması kənd təsərrüfatı məhsullarını bahalaşdıracaq
Dizel yanacağının birdən-birə 20 qəpik artırılması kənd təsərrüfatı məhsullarını bahalaşdıracaq.
Valyuta.az xəbər verir ki, bunu iqtisadçı ekspert Pərviz Heydərov sosial şəbəkə hesabında bildirib.
O, qeyd edib ki, dünyada enerjidaşıyıcılarının ekoloji təsirləri və bunların fərqi məsələsi aktual mövzu əhəmiyyəti kəsb etsə də, ölkəmizdə hələki sözügedən məhsulların istehsalda rolu və təsir imkanları mühüm məna daşımaqda davam edir:
"Odur ki, Aİ-92 ilə dizel yanacağının satış qiymətləri arasındakı fərqin getdikcə azaldılması bizim üçün hələ, sərfəli və məqsədəuyğun siyasət hesab edilmir və edilə də bilməz. Ümumiyyətlə, hazırki şəraitdə dizel yanacağının 1 litrinin 1 azn məbləğində müəyyən edilməsi çoxdur və düzgün siyasət deyil. Sözügedən yanacaq növü Euro-5 standartına uyğun istehsal oluna bilər, ancaq müasir Azərbaycan aqrar istehsalçısı isə hələ Avropa standartlarına uyğun imkanlara və şəraitə malik deyil. Bunu nəzərə almaq vacibdir".
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay