BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
50201

Rusiyada may ayında baş verən anomal soyuqlar ölkənin cənubundakı meyvə-tərəvəz sahələrini vurub, nəticədə fermer və təsərrüfatlar bu sahələrdən gözlədikləri qədər meyvə ala bilməyəcəklər. 

Valyuta.az FED.az-a istinadən xəbər verir ki, belə vəziyyətdə Rusiyanın ticarət şirkətləri xarici ölkələrdən, o cümlədən Azərbaycandan meyvə-tərəvəz alışını bu il daha da artıracaqlar. 
Rusiyada "Pyateroçka", "Perekrestok" və "Çijik" mağazalarını idarə edən «X5» ticarət şəbəkəsi may şaxtaları səbəbindən xarici ölkələrdən meyvə-tərəvəz idxalını bir qədər də artıracaq. 

Buna səbəb şaxta nəticəsində gözlənilən məhsuldarlığın aşhağı olmasıdır. Bu barədə şirkətin prezidenti Yekaterina Lobaçeva məlumat verib.  "May ayında görünməyən hava şəraiti və soyuqlar nəticəsində Rusiyada gözləniləndən daha az meyvə-tərəvəz istehsal ediləcək. Biz bura əvvəlcədən hazırlaşırıq və indidən müəyyən edirik ki, xaricdən nə qədər məhsul idxal edəcəyik»-deyə bildirib.

«X5»in prezidenti bildirib ki, Rusiya şirkəti yaranmış vəziyyətlə əlaqədar olaraq qonşu ölkələrdən – Azərbaycan, İran və Özbəkistandan idxalı artıracaq: «Biz böhrana yol verməmək üçün bu ölkələrdən meyvə-tərəvəz idxalını artıracağıq». Bura alma, pomidor və sair bitkilər aiddir. 

Qeyd edək ki, mayın 10-20 arasındakı müddətdə Rusiyanın müxtəlif ərazilərində anomal şaxtalar baş verib. Temperatur mənfi 1-5 dərəcəyə enib. Kursk vilayətində çoxsaylı meyvə-tərəvəz əkinləri məhv olub. Rostov vilayətində isə soyuqlar 140 min hektara zərər vurub. 

Artıq Rusiya tərəfi hökumət səviyyəsində də elan edib ki, şaxtanın vurduğu məhsulları, o cümlədən almaları Azərbaycandan idxal edilən meyvələr əvəz edəcək.

Belə ki, Rusiyada kəskin aşağı düşən alma istehsalı Azərbaycandan idxal edilən alma ilə kompensasiya ediləcək.  Bu barədə Rusiyanın aqrar sahəyə nəzarət edən qurumunun «Rosselxoznadzor»un sədr müavini Anton Karmazin bildirib.  Onun sözlərinə görə, hazırki vəzhiyyətlə əlaqədar olaraq Rusiya Kənd təsərrüfatı nazirliyi alma tədarükünün azalacağını proqnoz edir. Karmazin bildirib ki, Rusiya  almanı Azərbaycandan başqa, Belarusdan, Ermənistandan, Türkiyə, Serbiya və Dnestryanı ərazidən alır. 

Ümumiyyətdə məmurun sözlərinə görə, hər il xaricdən Rusiyaya 12 milyon ton müxtəlif meyvə tərəvəz idxal edilir. 

Baş verənlər nəticəsində Rusiyada meyvə tərəvəzin bu il əvvəlkindən daha baha olması gözlənilir. Bunlardan biri də albalıdır. Son məlumatlara görə, Rusiyanın müxctəlif ərazilərində albalının kiloqramının qiyməti 600-1000 rubl (6,3-9 dollar) arasında dəyişir. 

Belə ki, albalının kiloqrası Yakutiyada 1000 rubl, Kalininqradda 650 rubl, Krasnodarda ən ucuz albalı 500 rubl, Moskvada 700, Sankt-Peterburqda 600 rubl qiymətədir. 

“Qiymətlər xeyli artıb. Bunu bizə onunla əsaslandırırlar ki, təkcə nəqliyyat xərcləri deyil, şaxtalar var idi. Məhsul azdır, ona görə də qiymətlər bahadır”, - satıcılar bildirir. 

Eyni vəziyət çəyələkdə də müşahidə edilir. Rusiyanın cənubunda çiyələklərin qiyməti 250 rubldan başlayır. Moskva və Sankt-Peterburqda iki dəfə bahadır - 500-dən. Yakutiyada kiloqramın qiyməti 700 rubldan, eyni qiymət Kalininqradda, Novosibirskdə - demək olar ki, 1000 rubldur. 

“Bu mövsüm üçün qiymət artımı təxminən 20-30% təşkil edib. Bu, maya dəyərinin özünün artması ilə bağlıdır. Giləmeyvə yetişdirilməsi ilə bağlı hər şey bahalaşıb. Üstəlik çatdırılma qiymətləri qalxıb. Logistika məsələləri çox mürəkkəbləşib” deyə Rusiyanın Berry İttifaqının rəhbəri İrina Koziy izah edib.

Şaxtaların çatmadığı Rusiya bölgələri soyuq hava səbəbindən itirilmiş məhsulu qismən kompensasiya edə biləcəklər. Bu, Krım, Dağıstan, Stavropoldur. Hazırda Kabardin-Balkarda çiyələk yığılır. "Asiya" və "Suriya", "Alba" və "Brilla": burada təxminən 10 növ yetişdirilir. Və "Jolie" çeşidi xüsusi bal dadına görə kral giləmeyvə adlanır.

Rusiya tərəfi, artıq elan edildiyi kimi, çatışmayan meyvələri Belarus, Ermənistan, həmçinin Serbiya və Türkiyədən alacaq. Azərbaycanda məhsul yenicə yığılır, bura alma, albalı, çiyələk, həmçinin qarağat, xurma, moruq və sair aiddir.

Bütün Birlik ölkələri arasında ən ucuz çiyələk Azərbaycandadır – kiloqramı 105 rubl, albalı isə 158 rubl, Tacikistanda çiyələk 160 rubl, albalı isə 160 rubldur. Özbəkistanda qiymətlər Rusiyanın orta qiyməti ilə demək olar ki, eynidir: çiyələk – 496 rubl, albalı – 430. Ən bahalı giləmeyvə Qazaxıstandadır: albalı – 877 rubl, çiyələk – 565 rubl. 
Moldovada çiyələk və gilas 253 rubl, Ermənistanda gilas və çiyələk 300 rubldur. Qırğızıstanda çiyələk – 200 rubl, albalı – 300. Belarusiyada çiyələk – 336 rubl, albalı – 840 rubl.

Ümumiyyətlə rəsmi məlumatlara görə, şaxtalar nəticəsində Rusiyanın bütün ərazilərində 830 min hektar əkin məhv olub. Bu ölkədəki bütün əkinlərin 1%-dir. Məsələnin daha xoşagəlməz tərəfi odur ki, zərər çəkən sahələrin bir hissəsi çox illik bitkilər, meyvə bağlarıdır. Onların bərpası uzun müddət və böyük xərc tələb edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Yeni biznes üçün loqo necə hazırlanır?

Azərbaycan ət idxalını 40 %-ə yaxın artırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin