Azərbaycanda müasir suvarma sistemi almaq üçün dövlət zəmanətinin verilməsi qaydası təsdiqlənib
Nazirlər Kabineti “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası”nı təsdiqləyib
Valyuta.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 milyon kredit portfeli 168 milyon manata qədər dövlət zəmanəti ilə təmin edilir.
Dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanılan, “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında veriləcək.
Maliyyə Nazirliyi “Dövlət borcu haqqında” qanunun tələbləri nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirməlidir.
Bu qaydaya uyğun olaraq verilən dövlət zəmanəti 1 yanvar 2028-ci ilə qədər dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil ediləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay