BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
47390

Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yeləşən 19 baramaçılıq rayonundan olan kümçülərə tut ipəkqurdu toxumunun paylanılması həyata keçirilib.

Valyuta.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bununla da Azərbaycanda 2024-cü il barama mövsümünə start verilib.

Bildirilir ki, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, Qax Rayon İcra Hakimiyyətinin nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, 19 rayondan gəlmiş kümçülər, media təmsilçiləri iştirak ediblər.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, Azərbaycanda qədim ənənələrə malik, tarix və mədəniyyətimizin bir parçası olan ipəkçiliyin bərpasının kənd əhalisinin rifah halının yaxşılaşdırılmasında və məşğulluğunun təmin olunmasında sosial-iqtisadi məsələ kimi xüsusi əhəmiyyətini nəzərə alaraq, barama istehsalının dəstəklənməsi üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Nazirlik tərəfindən cari mövsümdə baramaçılıq sahəsində qabaqcıl təcrübə və ənənələrə malik kümçülərin müəyyənləşdirilməsi və tut ipəkqurdularının hər qutusundan məhsuldarlığın yüksəldilməsi hesabına ölkədə barama istehsalının artımına nail olmaq hədəf kimi müəyyən edib.

Tədbirdə qeyd olunub ki, Nazirlik tərəfindən rayonlarda fəaliyyət göstərən DAİM-lərin məlumatları əsasında qabaqcıl barama istehsalçılarının siyahısı, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib və müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Nazirliyin mütəxəssisləri tərəfindən bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər təşkil edilib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb və kümçülərə yerində məsləhətlər verilib.

Rayonlar üzrə barama istehsalçılarının sayı, yem ehtiyatı, mövcud kümxanaların sahəsi və vəziyyəti nəzərə alınmaqla cari ildə istehsal olunacaq yaş baramanın həcminə uyğun olaraq aprelin 20-də 9 000 qutu ipəkqurdu toxumu Qax Rayon Damazlıq İpəkçilik Stansiyasında, həmçinin Zərdab, Bərdə, Ağsu, Zaqatala rayonlarında yerləşən baramaqurutma məntəqələrində inkubasiyaya qoyulub.

Tut ipəkqurdularının bölgüsünə dair məlumatlar baramaçılıq rayonlarının DAİM-lərinə göndərilib, rayonun kəndləri üzrə barama istehsalçılarının seçilməsi və siyahısının dəqiqləşdirilməsi, kümxanaların yaradılmasında uyğun tikililərdən istifadə edilməsi və onların aqrozootexniki tələblərə uyğun hazırlanması ilə bağlı tövsiyələr verilib.

İnkubasiya nəticəsində əldə edilmiş ipəkqurduların təbii-iqlim şəraitinə uyğun olaraq iki mərhələdə 40 rayonun kümçülərinə paylanılmasının qrafiki tərtib edilib və məlumat üçün əvvəlcədən Qax Damazlıq İpəkçilik Stansiyasına, baramaqurutma məntəqələrinə və DAİM-lərə təqdim edilib.

Tədbirdə Qax Rayon Damazlıq İpəkçilik Stansiyasında təxminən 3 250 qutu ipəkqurdu toxumlarının aran və dağətəyi zonalarda yeləşən 19 baramaçılıq rayonlarına paylanılması prosesi həyata keçirilib.

Qeyd edək ki, barama istehsalının təşkilinin sınaqdan keçirilməsi məqsədilə cari ildə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasına 30 qutu ipəkqurdu toxumu ayrılıb, bu toxumların inkubasiyasının həyata keçirilməsinə metodiki köməklik göstərilməsi üçün Nazirlik tərəfindən Naxçıvan Muxtar Respublikasına mütəxəssis ezam olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin