Palata yerli aqrar sığorta modelinin qüsurlu olduğunu açıqlayıb
Hesablama Palatası Azərbaycanda tətbiq edilən aqrar sığorta modelinin qüsurlu olduğunu açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının aqrar sığorta fəaliyyətinin səmərəliliyinin qiymətləndirilmısi üzrə keçirdiyi auditin nəticələrində qeyd edilib.
Bildirilib ki, auditlə toplanmış sübutlar hüquqi aktların tələblərinə əməl edilməyərək risklərin, o cümlədən yaranan gəlir ve zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sisteminin formalaşdırılmadığını, sığorta xidmətlərinin hesabatlılıq öhdəliklərinə və nəzarət reqlamentlərinə əməl edilmədiyini müəyyən edib: “Aqrar sığorta fəaliyyətində baza kimi götürüldüyü bəyan edilən beynəlxalq səviyyədə təkmill sistem kimi ilk sıralarda tanınmaqla 15 ildən çox uğurlu təcrübəsi olan Türkiyənin TARSİM modelinin konseptual komponentlərindən əksəriyyətinin tətbiq edilmədiyini göstərərək, idarəetmə qərarlarının qəbulu prosesinin dövlət-özəl tərəfdaşlığına, keyfiyyət və peşəkarlıq standartlarına cavab verməyən model kimi qiymətləndirilməsinə əsas verib”.
HP əlavə edib ki, qeyd edilən amillər aqrar sığorta məhsulu üzrə bütün idarəetmə risklərini dövlətin, müvafiq öhdəlikləri isə dövlət büdcəsinin üzərində saxlamaqla aqrar sığorta bazarının sabitliyi və dayanıqlılığı baxımından mövcud modelin perpektivsizliyini səciyyələndirir.
©APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay