Azərbaycanda tütünçülüyü necə inkişaf etdirmək olar? (ŞƏRH)
“Tütünçülük əsasən ölkəmizin Şimal bölgələrinə məxsus, çox spesifik sahədir”.
Bu sözləri Valyuta.az-a iqtisadçı Akif Nəsirli ölkədə tütünçülüyün inkişaf etdirilməsi üçün lazım olan şərtlər haqqında danışarkən deyib.
İqtisadçı bildirib ki, hazırda tütünçülükdə istifadə olunan köhnə avadanlıqlar isə indiki tələblərə cavab vermir:
“Bu avadanlıqlarla məhsulun əldə edilməsi bir qədər baha başa gəlir. Yeni avadanlıqları isə almağa fermerlərin gücü çatmır. Hesab edirəm ki, bu sahənin inkişaf etdirilməsi vacibdirsə, dövlət dəstəyi də olmalıdır.
Sahibkarlara avadanlıqları xaricdən almaq üçün güzəştli kredit əldə edə bilmək şəraiti yaradılmalıdır”.
Akif Nəsirli qeyd edib ki, tütünçülük təkcə becəriləmə və yığılmadan ibarət deyil:
“Həmin məhsulun qurudulması, saxlanması və s. var. Ona görə də bu sahənin inkişaf etdirilməsi ilə bağlı ciddi dövlət dəstəyinə ehtiyac var”.
Tütün məhsullarının qiymətlərindəki artımlar haqqında da danışan həmsöhbətimiz bildirib ki, tütün məmulatlarının qiymətlərini yerli və ya xarici məhsullar olmasından asılı olmayaraq baha olmasının tərəfdarıdır:
“ Tütün məhsullarının qiyməti baha olmalıdır ki, az yaşlı şəxslər ondan istifadə etməsin. Avropa ölkələrində də az yaşlıları tütün məhsullarından çəkindirmək üçün bu təcrübədən istifadə edirlər. Hesab edirəm ki, Azərbaycanda da bu istiqamətdə siyasət yürütmək olar”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay