Aqrar
19.03.2024 / 09:25
Quş əti istehsalı üçün avadanlıq dəsti güzəştlə satılacaq
44670
Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda dəyişiklik edib.
Valyuta.az xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra quş əti istehsalı üçün avadanlıq dəsti (yemləmə, sulama, havalandırma-soyutma, isitmə, işıqlandırma və idarəetmə sistemləri daxil olmaqla) siyahıya daxil edilib.
Qərarın icrasına nazir müavini İlhamə Qədimovaya tapşırılıb.
Nazirliyin Aparatının Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay