BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
44262

Azərbaycanda bir çox qoyun cinsləri olsa da, son illər fermerlər “Qaradolaq” cinsinə daha çox üstünlük verirlər. Qarabağ bölgəsində, Ağcabədi rayonunun Qaradolaq kəndində yaranan bu cins qoyunlara hazırda respublikanın bütün bölgələrində rast gəlmək mümkündür. Fermerlər böyüklüyünə, ətinin yüksək keyfiyyətinə və çox bala verməsinə görə seçilən bu qoyunları Ağcabədi rayonundan damazlıq kimi alaraq təsərrüfatlarında çoxaldırlar.

Müxbirimiz Ağcabədi rayonundakı “Qaradolaq” cinsli damazlıq qoyunçuluq təsərrüfatında olub, bu cins qoyunların üstünlükləri və satışı ilə maraqlanıb.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Etibar Mamedov bildirib ki, Ağcabədi rayonunda biri “Qarabağ”, digəri “Qaradolaq” olmaqla iki damazlıq qoyunçuluq təsərrüfatı var. Hər iki cins qoyunlar Qarabağda yaranıb. “Qaradolaq” cins qoyunlar caydaq və çəkisinin ağırlığına görə “Qarabağ” qoyunlarından fərqlənir. Bu qoyunların başı kiçik, ayaqları və boynu uzundur. Boğazı, qarnı və ayaqları qısa tüklərlə örtülü olur. Ana qoyunların çəkisi orta hesabla 75-80 kiloqram, erkəklərinin çəkisi isə 90-100 kiloqrama qədər olur. Yaxşı baxım şəraitində erkəklərin çəkisini 120 və daha yuxarı çəkiyə çatdırmaq olar ki, bunun da 30 kiloqrama qədəri quyruq yağından ibarətdir. “Qaradolaq” qoyunlarının digər xüsusiyyətlərindən biri çox bala verməsi, əkiz doğuma tez-tez təsadüf olunmasıdır. Bütün bu xüsusiyyətlərinə görə fermerlərin diqqətini cəlb edən “Qaradolaq” qoyunları respublikamızda getdikcə daha geniş yayılmaqdadır.

“Qaradolaq” cinsli damazlıq qoyunçuluq təsərrüfatın sahibi Yusif Əsədov bu qoyunlara tələbatın böyük olduğunu deyir.

“Bu qoyunlar ət və bala veriminə görə digər cinslərdən daha üstündür. Təsərrüfatımızda elə qoçlar var ki, 100 kiloqram əti var. Ana qoyunlar içərisində əkiz və üçəm doğanlar çoxdur. Hər 100 qoyundan 120-130 bala alırıq. Bir ildə 2, 3, bəzən 4 bala verən qoyunlarımız var. Gərək zəhmət çəkəsən. Azərbaycanda bir çox qoyun cinsləri var. Həm ətinin çox və dadlı olmasına, həm də balavermə qabiliyyətinə görə ən üstün sort “Qaradolaq”dır. Odur ki, digər bölgələrdən qoyunçuluqla məşğul olan fermerlər bu qoyunları damazlıq kimi alıb aparırlar”, - deyə təsərrüfat sahibi bildirib.

Yusif Əsədov damazlıq kimi satılan qoyunların qiymətini də açıqlayıb: “Hər yerdən gəlib damazlıq qoyun istəyirlər. Yaşlısını da, cavanını da, toğlunu da, qoçu da alırlar. Qiymətlər də buna görə dəyişir. Yaşlı qoyunu 350-400 manata, cavanları 600-700 manata veririk. Əgər alan özü seçirsə, 1500 manata verirəm”.

Bir neçə aydan sonra yaylaq mövsümü başlayacaq. Qoyun, quzunun səsi yaylaqları bürüyəcək. Yusif Əsədov deyir ki, qoyunlar yaylağa gedəndə həm sağlam olur, həm də balavermə göstəriciləri yüksəlir.

“İki ildir qoyunları Kəlbəcərin Yüzbulaq yaylağına may ayında aparır, avqust ayının axırında qayıdırıq. Təsərrüfatımız yay fəslini aranda qalanda 30 qoyun əkiz doğurdusa, Kəlbəcərə aparanda 60 qoyun əkiz doğur”, – deyə təsərrüfat sahibi bildirib.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin