Aqrar
13.03.2024 / 11:27
Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlıqdan və su azlığından məhv olub
44249
Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə quraqlıqdan və su azlığından məhv olub.
Valyuta.az xəbər verir ki, bunu Bakıda Beynəlxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
Nazir bildirib ki, dünyada baş verən iqlim dəyişiklikləri Azərbaycandan yan keçmir.
“Ölkəmizdə təxminən 1, 5 milyon hektara yaxın suvarılan sahə var. Bunun 78% birillik, 9% çöxillik təxminən 14% böyük sahələrin suvarılmasıdır.
Ölkədə istehsal olunan kənd təsərüffatının 90%-i suvarılan sahələrdən əldə olunur. Məhsulun artırılması və sudan səmərəli istifadə üçün suyun sistemli şəkildə idarə olunmasına nail olmalıyıq”,- deyə o qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay