BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
43358

Azərbaycanda yazlıq soğan əkinlərinin sığortalanması mövsümü başlayıb və onun çərçivəsində hesablanmış sığota haqqının yarısı fermerə dəstək məqsədilə dövlət tərəfindən ödənilir.

Valyuta.az bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir. Fermerlər fevral-mart aylarında Fondun 1651 nömrəli Çağrı mərkəzinə zəng edərək öz təsərrüfatlarını müxtəlif təbii risklərdən sığortalaya bilərlər.

"Azərbaycanda ən çox yetişdirilən və istehlak olunan tərəvəz məhsullarından biri soğandır. Təqribi hesablamalara görə, ölkədə bir nəfər il ərzində 18 kiloqramdan çox soğan istifadə edir. Rəsmi məlumatlara əsasən, Azərbaycanda 5 280 hektar ərazidə soğan əkilir. Yerli soğan istehsalı daxili bazarın bütün ehtiyacını təmin etməklə yanaşı, həm də xarici bazarlarda da satılır. 2022-ci ilin rəsmi statistikasına görə ölkə üzrə soğan istehsalı 275 min tona çatıb. Təkcə keçən il 22,6 min ton soğan xaricə ixrac olunub, ixracdan əldə edilən gəlir isə 6,7 milyon ABŞ dolları təşkil edib, bu rəqəmlər ilbəil artmaqdadır",- məlumatda deyilir.

Bildirilib ki, Azərbaycanda mülayim iqlim şərtləri ildə iki dəfə - yazlıq və payızlıq soğan əkini həyata keçirməyə imkan verir. Düzgün qulluq, gübrələrin vaxtında verilməsi nəticəsində soğandan yüksək məhsuldarlıq əldə etmək mümkündür. Yerli soğan sortları Azərbaycanda və xarici bazarlarda mövsümdən asılı olmayaraq ilboyu yüksək tələbatla satılır, Fond əlavə edib.

Ölkədə soğan əkin sahələrin böyük hissəsi Qarabağ, Qazax-Tovuz, Mil-Muğan və Lənkəran-Astara iqtisadi rayonlarında yerləşir. Ən böyük baş soğan sahələri Bərdədədir – rayonda 1 744 ha ərazidə soğan əkilir. Ağdamda 1 079 ha, Beyləqanda 635 ha, Ağcabədidə 453 ha, Ağcabədidə 453 ha ərazidə soğan becərilir.

"Soğan hava şəraitinə, bitki xəstəliklərinə, xüsusilə də saxlanma şərtlərinə qarşı həssas bitkidir. Məhz bu səbəbdən Aqrar Sığorta Fondu tərəfindən soğan sahələrinin 50 % dövlət yardımı ilə sığortalaması imkanı yaradılıb.

Sadə misalla ifadə etsək, ölkənin ən çox soğan istehsalı bölgələrindən olan Qarabağ, Gəncə-Daşkəsən və ya Qazax-Tovuz regionlarında 1 000 manatlıq baş soğan məhsulunun baza sığorta zərfi ilə sığorta haqqı 32 manatdır. Fermer bu məbləğin cəmi 16 manatını ödəyərək öz məhsulunu sığorta etdirə bilər. Mərkəzi Aran, Quba-Xaçmaz və Lənkəran-Astara regionları üçün bu rəqəm cəmi 8 manat, Şəki-Zaqatala üçün 17 manat, Dağlıq Şirvan regionunda isə cəmi 10 manat təşkil edir", - məlumatda deyilir.

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta vasitəsilə ümumilikdə 41 bitki üzrə 48 bitkiçilik məhsulu sığortalanır. Bura tarla əkinləri, meyvə bağları, tərəvəz bostan bitkiləri və texniki bitkilər aiddir.

Aqrar sığorta vasitəsilə əkin sahələrini müxtəlif risklərdən – dolu, sel-subasma, fırtına, qasırğa, normadan artıq yağıntı, yanğın, 3-cü şəxslərin hərəkətlərindən sığortalamaq mümkündür.

Sığortadan faydalanan fermerlərin sayı sürətlə artmaqdadır. 2023-cü ildə baş vermiş sığorta hadisələrinə görə fermerlərə indiyədək 4,4 milyon manat ödəniş olunub. Hazırda zərərlərin hesablanması və ödənişlər davam edir və bu rəqəmin 8 milyon manata çatması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin