Aqrar sektorda istehsalın avtomatlaşdırılması müzakirə edilib
Azərbaycan Almaniyanın aqrar sahədə ixtisaslaşmış şirkətlərinin nümayəndələri ilə bu sahədə istehsalın avtomatlaşdırılmasını müzakirə edib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, nazirlikdə Azərbaycanda səfərdə olan Almaniyanın aqrar sahədə fəaliyyət göstərən ixtisaslaşmış şirkətlərinin, bank və maliyyə təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Qonaqları salamlayan nazir Məcnun Məmmədov ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, əldə olunmuş nailiyyətlər, fermerlərə göstərilən dövlət dəstəyi, ölkəmizdə mövcud olan əlverişli investisiya mühiti, biznes üçün yaradılmış liberal bazar iqtisadiyyatı, eləcə də aqrar sahənin inkişafı üçün müəyyən edilmiş strateji hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, kənd təsərrüfatı sahəsində qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi məqsədilə aqrar sahədə ixtisaslaşmış şirkətlərlə əməkdaşlıq davam etdirilir. Görüş iştirakçıları kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sahədə istehsalın avtomatlaşdırılması, kənd təsərrüfatı texnikaları, ehtiyat hissələri, texnoloji avadanlıqlar, gübrə təminatı, heyvandarlıq sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay