Kənd təsərrüfatı ilə məşğul olan sahibkarın iki əsas problemi – Necə həll olunmalıdır? (ŞƏRH)
Kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarlıq subyektlərinin dövlət tərəfindən iki məsələ ilə bağlı dəstəyə ehtiyacı var. Bunlar subsidiyalar və lizinqlə bağlı problemlərdi.
Bu sözləri Valyuta.az-a iqtisadçı Rauf Qarayev kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara edilən dövlət dəstəyi haqqında danışarkən deyib.
Rauf Qarayev deyib ki, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların subsidiyalara ehtiyacı var:
“Hazırda onlara verilən subsidiyaların da faiz dərəcəsini aşağı salmaq lazımdır.
Bu sahədə digər bir porblem subsidiyaların tam açıqlanmamasıdır. Bu subsidiyalar verilərkən cədvəl üzrə tam açıqlanmalıdır. Bu zaman hansı məhsullara subsidiyalar veriləcəyi açıq şəkildə bilinəcək. Bu, həm də bir az problemli məsələdir. Hazırda subsidiyaların tam olaraq hansı təsərrüfat sahələrinə verilməsinin müəyyən olunması yoxdur. Bununla bağlı iqtisadçılar və hüquqşünaslar tərəfindən Mərkəzi Banka da müraciət olunub. Onlar bildirib ki, bu subsidiyaları verərkən açıq şəkildə hansı məhsullara verilməsi qeyd edilməlidir. Bu subsidiyalar açıq şəkildə, cədvəl formasında göstərilməlidir ki, artıq qarşı tərəfdə bilsin ki, hansı məhsullara subsidiyalar verilir, neçə faizlə verilir. Bununla bağlı problemlərin tam şəkildə izah edilməməsi burda müəyyən maraqlı şəxslərin olduğunu göstərir”.
Ekspert deyib ki, digər problem isə lizinqlərlə bağlıdır:
“Sahibkarın hər hansı bir avadanlığı lizinqə götürməsi sadələşdirilmiş formada həyata keçirilməlidir. Müddət baxımından da bu kiçik və orta sahibkarlıq subyektinə sərf etməlidir ki, əlində olan vəsaiti bütünlüklə avadanlığa xərcləməsin, bu vəsaiti səmərəli istifadə etsin”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay