Ötən il 7800 baş kənd təsərrüfatı heyvanı sığorta edilib
2023-cü ildə aqrar sığorta mexanizmi vasitəsilə 6500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7800 baş kənd təsərrüfatı heyvanı sığorta edilib.
Valyuta.az Kənd Təsərrüfatı Nazirliyinə istindaən xəbər verir ki, bu sığortalardan 3,9 milyon manat sığorta haqqı toplanıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib.
Qeyd edək ki, Azərbaycanda aqrar sığorta vasitəsilə əkin sahələri, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları sığorta edilir.
Bitkiçilik sığortasına taxıl və tarla bitkiləri, meyvə bağları, texniki bitkilər, tərəvəz və bostan bitkiləri, heyvanların sığortasına isə iri və xırda buynuzlu heyvanlar – inək, camış, qoyun və keçi təsərrüfatları daxildir.
Aqrar sığorta dövlət dəstəyi ilə təqdim olunur - fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50%-ni fermerin əvəzinə dövlət ödəyir.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay