Kəndlinin məhsulu ucuz, aqroparkların məhsulu baha – Ekspert səbəbləri şərh edir
Marketlərdə müşahidə etdikdə görürük ki, kəndlinin istehsal etdiyi məhsullar daha ucuz satılır, amma aqroparkda yetişdirilən kənd təsərrüfatı məhsulları daha bahadır. Kəndlinin işi bizə daha çətin iş kimi gəlir. Çünki orada xüsusi əl əməyi var. Amma qiymət fərqliliyini müşahidə edirik.
Aqroparkda yetişdirilən məhsul niyə bahadır?
İqtisadçı Rauf Qarayev Valyuta.az-a bu barədə danışdı. Onun sözlərinə görə, qiymətə təsir edən amillərdən biri də aqroparkdakı məhsulların xüsusi formada yetişdirilməsidir:
“Aqroparklarda iş adi müəssisə kimidir. Yəni işçilərə verilən əmək haqqı, daşınma, təsərrüfat xərcləri müəssisə ilə eynidir. Bundan əlavə, aqroparklarda məhsullar xüsusi formada yetişdirilir. Yəni burada əlavə avadanlıqlardan, bahalı dərmanlardan istifadə olunur”.
Rauf bəy deyir ki, aqropark məhsullarının qiyməti xaricə çıxışı məhdudlaşdırıldıqda azalır:
“Aqroparkların məhsulları ölkə xaricinə gedir, az qismi isə ölkə daxilində satılır. Onların məhsulları o vaxt ucuz olur ki, xaricə çıxış məhdudlaşır. Biz bunu müxtəlif vaxtlarda müşahidə etmişik. Rusiya pomidora qadağa qoyan kimi aqroparkın pomidorlarının qiyməti 2 dəfə aşağı düşür”.
İqtisadçı qeyd edir ki, kəndli də məhsulunu xaricə sata bilər, amma imkanı məhduddur:
“Kəndlinin xaricə nəsə satmaq imkanı məhduddur. Ya məhsulunu yerli bazarda satmalıdır, ya aqroparklara, ya da emal müəssisələrinə satmalıdır. Malı xaricə satmaq üçün kəndlərdə toplanış yerləri olur, ora verib nağd pulunu ala bilirlər. Orada isə hər kəndlinin malı keyfiyyətli olmalıdır ki, qəbul olunsun. Yolda xarab olma ehtimalı az olsun”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay