“Özbəkistan pomidorunun qiymətinə Azərbaycan pomidoru alırıq”
“Azərbaycanda məhsuldarlıq çox aşağı, məhsullar keyfiyyətsizdir. Çünki aqrotexniki qaydalara əməl etmirlər, kimyəvi maddələrin köməyi ilə nəticə əldə edirlər”.
Bunu Valyuta.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli Rusiyada 3 manata satılan Azərbaycan pomidorunun paytaxtda yerli əhaliyə 4,5-5 manata təklif olunmasının əsas səbəblərini izah edərkən deyib.
Onun sözlərinə görə, Avropa ölkələrindən, Özbəkistan və s. kimi ölkələrdən Azərbaycanda daha keyfiyyətli məhsul gətirilə bilər: “Azərbaycan bazarına Avropa ölkələrindən keyfiyyətli və ucuz məhsul gətirilə bilər. Amma biz Özbəkistan pomidorunun qiymətinə Azərbaycan pomidorunu alırıq”.
Ekspert hesab edir ki, məhsul əldən-ələ keçdikcə bahalaşır: “Görün neçə bazar var, məhsulun sahibkarı, topdansatış bazarı. Hərə bir az qiyməti artıranda nəticə də belə olur”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay