Aqrar
21.11.2023 / 14:13
Ötən ay Azərbaycana idxal edilmiş buğdanın orta qiyməti 28% azalıb
36885
2023-cü ilin oktyabr ayında Azərbaycana idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 410.26 manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Bu göstəricinin orta qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.9% və ya 158.89 manat azalıb. Belə ki, 2022-ci ilin oktyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 569.15 manat təşkil edib.
Xatırladaq ki, bu ilin oktyabr ayında ölkəyə idxal edilən buğdanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 156 947 ton təşkil edib.
Qeyd edək ki, cari ilin sentyabr ayında Azərbaycana gətirilmiş buğdanın orta idxal qiyməti 404.35 manata bərabər olub.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay