Aqrar
16.11.2023 / 17:28
Azərbaycan xaricdən 1 ton buğdanı 84 dollar daha ucuz alıb
36618
2023-cü ilin ilk 10 ayı ərzində Azərbaycana 247 milyon 343 min dollar dəyərində 949 278 ton buğda idxal olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Gömrük Komitəsinin aylıq hesabatında bildirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində 25% azalıb, miqdar ifadəsində 0.7% azalıb.
Belə ki, 2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycana 330 milyon 10 min dollar dəyərində 956 274 ton buğda idxal olunmuşdu.
1 ton buğdanın orta idxal dəyəri 345 dollardan 261 dollara düşüb. Beləliklə, bu il Azərbaycana buğdanın bir tonu təxminən 84 dollar daha ucuz idxal olunub.
© Banker
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay