BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
35827

Gələn il Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarında intensiv üsulla salınacaq şaftalı, nektarin və ərik bağlarına 4 min manat əkin subsidiyası veriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Valyuta.az-a bildirilib ki, Azərbaycan Respublikasında qeyri-neft məhsullarının ixracının artması dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir. Bunun təmin edilməsində kənd təsərrüfatı əhəmiyyətli rol oynayır. Belə ki, 2022-ci ildə Azərbaycanın kənd təsərrüfatı və emalı məhsullarının ixrac dəyəri 1.14 milyard ABŞ dolları təşkil etmişdir. Bunun da 39.3 faizini meyvə ixracı təşkil edib.

Son illərdə intensiv meyvə bağlarının salınması üçün əkin subsidiyasının artırılması, habelə bu bağların becərilməsi üçün kənd təsərrüfatı texnika və avadanlıqlarına tətbiq edilən güzəştlər ölkədə meyvə istehsalının və ixracının artmasına səbəb olub.

Ölkənin ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü ildə Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarında intensiv üsulla salınacaq şaftalı, nektarin və ərik bağlarına 4000 (dörd min) manat əkin subsidiyası veriləcək. Bu meyvə bağlarının salınması üçün əkin subsidiyasının ayrılmasında əsas hədəf Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarının iqlim uyğunluğundan istifadə edərək şaftalı, nektarin və ərik meyvələrinin tezyetişən sortlarının istehsalını genişləndirməklə Azərbaycan məhsullarının xarici bazardakı payını daha da artırmaqdır.

Fermerlər intensiv şaftalı, nektarin və ərik bağlarına görə 2024-cü il üzrə qeyd edilən əkin subsidiyasını almaq üçün bəyan edilən bağlar aşağıda qeyd olunan şərtləri ödəməlidir:

• Aqrar Subsidiya Şurasının qərarına əsasən subsidiya Ağdaş, Beyləqan, İmişli, Göyçay, Kürdəmir, Yevlax, Sabirabad, Saatlı və Zərdab rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan intensiv şaftalı, nektarin və ərik bağlarına şamil edilir;

• Hər hektardan ən azı 2 nöqtədə 3 qatdan (0-30 sm, 30-60 sm, 60-90 sm) torpaq nümunələri götürülərək torpağın aqrokimyəvi analizi aparılmalıdır (nümunə götürülən nöqtələrin koordinatları qeyd edilməklə);

• Götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olmalıdır;

• Bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilməlidir və cəmi sahəsi ən azı 3 hektar olmalıdır;

• 1 hektara minimum 650 vegetativ calaqaltı ting əkilməlidir;

• Ağacların gələcəkdə torpaqdan qaynaqlanan risklərdən (qrunt suyu və s.) qorunması məqsədilə tinglər tirədə (tinglər əkiləcək cərgələrin torpaq səthindən qrunt suyunun səviyyəsi nəzərə alınmaqla torpaq qatı ilə qaldırılması) əkilməlidir;

• Əkilən tinglər bitki sağlamlığı cəhətdən müəyyən edilmiş tələblərə cavab verməlidir.

• Salınan bağ “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmalıdır.

Bağ salmaq istəyən fermerlər tezyetişən sortlar barədə məlumat almaq üçün nazirliyə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bu ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin