BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
35550

Yeni əkin mövsümü ilə əlaqədar olaraq “Aqroservis” ASC bütün anbarlarını tələb olunan lazımi mineral gübrələrlə tam təchiz edib. Bununla yanaşı, Səhmdar Cəmiyyət mövsümi və qeyri-mövsümi gübrələrin qiymətlərinə ciddi endirimlər edib. “Aqroservis” fermerlərin mineral gübrələrə olan tələbatını sərfəli qiymətlərlə, həm rayon bölmələri, həm də səyyar xidmət təşkil etməklə təmin etməyi planlaşdırır.

Oktyabr ayından etibarən “Aqroservis” ASC tərəfindən müvafiq qaydalara uyğun şəraitdə saxlanılan, keyfiyyətli şumaltı, kalium və fosforlu mineral gübrələrin rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd və qəsəblərdə səyyar satış xidmətinə başlanılıb. Başladığı gündən bu günədək artıq 50-yə yaxın kənd və qəsəbədə səyyar xidmət həyata keçirilib. Respublikamızın bütün regionlarını əhatə edən səyyar satış zamanı fermerlərimiz ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska kimi mineral gübrələri əldə edə bilərlər.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.

Fermerlər əkin mövsümündə mineral gübrələrin alışında sərf edəcəkləri məsrəfə qənaət etmək üçün səyyar satış xidmətlərini Səhmdar Cəmiyyətin 1659 çatış mərkəzinə müraciət edərək sifariş edə bilərlər. Sifarişlərə əsasən səyyar xidmətlər kənd və qəsəbələrdə təşkil edilir.

Səyyar satış zamanı fermerlər yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız “Fermer kartı”nı təqdim etməklə mineral gübrə əldə edirlər. Yeni qaydalara əsasən, gübrənin dəyərinin 100%-ni fermer kartından ödəmək mümkündür.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1659 satış mərkəzinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi

Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı

"Reges Tikinti Materialları"na protokol irəli sürülüb

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin