26.10.2023 / 15:46
Rusiya bəzi ət məhsullarının və yumurtanın ixracına qadağa qoyur
35320
Rusiya Kənd Təsərrüfatı Nazirliyi daxili bazarda qiymətləri sabitləşdirmək üçün ağ ət məhsullarının (quş ətləri və balıq əti) ixracına müvəqqəti qadağa qoyulmasını təklif edib.
Valyuta.az xəbər verir ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin hökumətə təqdim etdiyi layihəyə əsasən, müxtəlif ağ ət məhsulları və yumurtaların ixracının 6 ay müddətinə dayandırılması təklif edilib.
Müvafiq olaraq, bu qadağanın məqsədi daxili bazarda mümkün kəsirin qarşısını almaq və qiymətlərdə sabitliyi təmin etməkdir.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, son bir ildə ölkədə ağ ət məhsullarının qiymətində 25,3 faiz artım olub.
© Marja
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay