Kənd təsərrüfatı texnikalarının rüsumlardan azad edilməsi bu sahəyə nə verdi? (ŞƏRH)
“Ölkəyə gətirilən kənd təsərrüfatı texnikalarının gömrük rüsumundan azad edilməsinin kənd təsərrüfatına xeyri olsa da, bir sıra problemlər var”.
Bunu Valyuta.az-a iqtisadçı Fuad İbrahimov kənd təsərrüfatı texnikalarının gömrük rüsumundan azad edilməsinin kənd təsərrüfatına faydaları haqqında danışarkən deyib.
Fuad İbrahimov bildirib ki, kənd təsərrüfatı texnikaları ucuz deyil:
“İstənilən texnikanın dəyəri var. Məsələn, bu gün texnikanın ölkəyə gətirilməsi əlavə dəyər vergisi və idxal rüsumundan azaddırsa, bu həm də həmin sahəyə xeyir vermək deməkdir. Onların qiyməti 10 min, 20 min, 30 min və daha çox olur. Hesab edirəm ki, bu məsələdə həm də aqroservislər dəstək verməlidir. Hansısa imkanı olan fermer kredit götürərək texnikanı alıb, öz təsərrüfatında istifadə edirsə, o mənfəət götürür. Amma bu kifayət deyil. Bizə lazımdır ki, bütün fermerlerin texnikaya əlçatanlığı olsun".
Ekspert deyib ki, texnikaların fermerlər üçün əlçatan olmasını təmin etmək bir sıra məsələlərin həllindən keçir:
“Kənd təsərrüfatı sekterorunda fermerlər öz məhsullarını yığmaq üçün növbəyə dayanırlar, ya da nəğd vəsaiti olmur, aqroservislərin vəsaitlərini ödəyə bilmədikləri üçün əziyyət çəkirlər. Biz belə hallarla da rastlaşırıq. Ona görə də bu texnikalar əlçatan olmalıdır. Digər bir problem isə insan faktoru ilə bağlıdır. Qanunla bu texnikalar əlçatan olmalıdır. Bəzən görülür ki, süni maneə, növbəlilik yaradılır, müəyyən maraq güdülür. Lakin bu olmamlıdır. Bu gün kənd təsərrüfatı sektoru neft sektoruna bərabər alternativ qüvvə ola bilər. Onu böyütmək bizim borcumuzdur. Qanunvericlik bazamız var, rəhbərlik və hökumət səviyyəsində dəstək var, burda çatışmayan məsələlər isə ancaq elastiklik və insan faktoru ilə bağlıdır”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay