Azad edilmiş ərazilərdə kənd təsərrüfatına yararlı nə qədər torpaq var? - Ekspert
"Hazırda Zəngilan şəhərində aqroparkın, heyvandarlıq müəssisələrinin yaradılması istiqamətində fəaliyyətə başlanılıb. Həmçinin, Ağdam bölgəsində meyvəçilik aqroparklarının yaradılmasına start verilib. Bunun bəhrəsini yaxın illərdə müşahidə edəcəyik".
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib. Onun sözlərinə görə, işğaldan azad olunmuş bölgələrdə 600 min hektara yaxın əkinə, kənd təsərrüfatına yararlı torpaqlar var:
“Bunların böyük hissəsi taxılçılıq və meyvəçilik üçün nəzərdə tutulub. Bu məsələ kənd təsərrüfatı üçün qısa müddətli fəaliyyət deyil. Bu fəaliyyəti həyata keçirmək müəyyən zaman tələb edir".
Eyyub Kərimli bildirib ki, həmin bölgələrdə mina təhlükəsi hələ də qalmaqdadır:
"Həmin bölgələr minalardan təmizlənəndən sonra kənd təsərrüfatı sahəsi kimi fəaliyyəti davam edəcək. Bu ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verəcək”.
Bundan əvvəl Milli Məclisin deputatı Tahir Rzayev mətbuata açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi gələcəkdə qiymətlərə mütləq təsir etməlidir: "Bu ərazilərdə kənd təsərrüfatı və heyvandarlıq məhsullarının istehsalı sözsüz ki, bazarda bolluq yaradacaq ki, bu da bilavasitə qiymətlərin aşağı düşməsinə səbəb olacaq".
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay