Azərbaycanda aqrar sektor 3 % böyüyüb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 9 milyard 996 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,5 % artaraq 5 milyard 457 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,5 % artaraq 4 milyard 539 milyon manat təşkil edib.
Oktyabrın 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 100,9 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,7 % çox dənli və dənli paxlalı bitkilər, 981,9 min ton (3,9 % az) kartof, 1694,7 min ton (1,7 % çox) tərəvəz, 437,6 min ton (6,2 % az) bostan məhsulları, 787,1 min ton (2,8 % çox) meyvə və giləmeyvə, 182,4 min ton (0,1 % çox) üzüm, 962,3 ton (17,6 % çox) yaşıl çay yarpağı, 26,6 min ton (əvvəlki ilin müvafiq dövrü ilə eyni səviyyədə) günəbaxan, 47,7 min ton (17,4 % az) şəkər çuğunduru, 2,9 min ton (1,1 % az) tütün və 14,3 min ton (63,1 % az) pambıq yığılıb.
9 ay ərzində quş əti də daxil olmaqla diri çəkidə 424,5 min ton ət, 1682,9 min ton süd, 1662,7 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 3,2 %, süd istehsalı 1,7 %, yumurta istehsalı 11,9 %, barama istehsalı 4,6 % artıb, yun istehsalı isə 3 % azalıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay