BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
34258

Bu il Azərbaycanda 3 500 ton bal istehsal olunub ki, bu da ötən illə müqayisədə 2 dəfə azdır və 1996-cı ildən bəri ən aşağı göstəricidir.

Bunu  açıqlamasında "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov bildirib.

"Bal istehsalının həcminin son 27 ildə ən aşağı həddə düşməsi əsasən hava şəraiti - yağışlı günlərin sayının çox olması ilə bağlıdır. Bu il arılar arasında kütləvi xəstəlik də olmayıb. Əgər ötən il arı ailələrinin sayı 620 min idisə, bu il 650 minə çatıb. Hazırda əsas məsələ arıları növbəti il üçün saxlamaqdır", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, bu il işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara 125 minə yaxın arı ailəsi aparılıb: "Arıçılar təsərrüfatlarını 7 rayonun yaylağına köçürüb. Kəlbəcərdən 1 603, Laçından 808, Qubadlıdan 55, Füzulidən 19, Xocavənddən 10, Cəbrayıldan 18, Zəngilandan isə 8 arıçı fermer təsərrüfatını işğaldan azad olunmuş ərazilərdəki yaylaqlara aparıb. Ötən il həmin ərazilərdə rekord həddə məhsuldarlıq əldə edilib”.

B.Həsrətov fermerlərin çətinlikləri barədə də danışıb: "İndiyə qədər arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya verilirdi. Bu qərar 2018-ci il də 5 il müddətinə qəbul olunmuşdu və bu il müddəti bitib. Subsidiyanın kəsilməsi bizə pis təsir göstərir. Bundan başqa, bal satışı üçün xüsusi mağazaların olmasına ehtiyac var. Həm Avropa ölkələrində, həm də ərəb ölkələrində bal mağazaları fəaliyyət göstərir. Hələ ki, fermerlər məhsullarını Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə keçirdiyimiz Arıçılıq Məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasında satır. Hər arıçı yarmarkaya 400 kq-a qədər bal və 30-a qədər arı şanı çıxara bilib. Bu il satışa çıxarılan balın cəmi 5 %-i yararsız olub".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi

Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı

"Reges Tikinti Materialları"na protokol irəli sürülüb

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin