\"1,1 milyard manat xərclənən aqroparkların heç bir xeyiri olmayıb\" - Ekspert
"Heç bir sahə üzrə istehsalda artım yoxdur. Nə heyvandarlıqda, nə də bitkiçilikdə".
Bunu Valyuta.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ölkədə qurulan 48 aqroparkın fəaliyyətindən danışarkən deyib.
Ekspert həmin aqroparkların uzun illərdir ki, kənd təsərrüfatı məhsulları, bitkiçilik və heyvandarlıqla məşğul olunduğunu qeyd edib:
"Bundan əlavə son 10 ildə 20-yə yaxın iri fermer təsərrüfatları yaradılıb. Bu müddətdə artan nəsə olub? Əsas əkin ərazisi taxılın, dənli bitkilərin payına düşür, təxminən 1 milyon hektardan çoxdur. Ümumi bizim əkin sahəmizin 60-65%-i dənli bitkilərin payına düşür. Məhsuldarlıq, istehsal artıb? İdxalımız azalıb, ixracımız artıb? Qiymət aşağı düşüb? Yox. Hardasa bu aqroparkların yaradılması üçün 1,1 milyard manat dövlət büdcəsindən vəsait ayrılıb. Onlar texnika və texnoloji avadanlıqları, suyu ələ keçirib, digər fermerləri, kəndliləri bundan məhrum ediblər.
İndi də kənd təsərrüfat məhsullarının qiymətləri aşağı düşəcək deyə məlumatlar yayırlar. Əgər həmin torpaqlar kəndlilərə qalsaydı inanardım ki, qiymətlər ucuzlaşacaq. Onların qiymətləri aşağıdır, nəinki belə fermer təsərrüfatları olan aqroparkların. Bizim idxaldan asılılığımız get-gedə artacaq".
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay