Qarabağ-Aran regionunda sahədə soğanın bir kiloqramı 30-35 qəpikdir
Qarabağ-Aran regionunda soğanın bir kiloqramı istehsalçılar tərəfindən sahədə 30-35 qəpiyə təklif edilir. Bazarda isə 45-50 qəpikdir. İstehsal xərclərinin artması səbəbindən hazırkı qiymət fermerləri qane etmir. Əgər məhsul xaricə ixrac olunarsa, fermerlər də mənfəət qazanarlar.
Valyuta.az xəbər verir ki, Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Vüqar Babayev bildirib.
O qeyd edib ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2023-cü ilin məhsulu üçün Qarabağ-Aran regionunda, ümumilikdə, 1240 hektarda payızlıq, 870 hektarda isə yazlıq soğan əkilib. Payızda əkilən soğan aprel-may aylarında yığılıb, 40 min tondan artıq məhsul əldə edilib. Yazda əkilən soğanın isə yığımına avqust ayında başlanılıb və yekunlaşmaq üzrədir.
© Azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay