BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
33341

Bakıda II “Türk Dövlətləri Aqrobiznes Forumu” keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı çərçivəsində təşkil olunub. Forumda təşkilata üzv dövlətlərin və müşahidəçi ölkələrin hökumət üzvləri, dövlət qurumlarının və aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri iştirak ediblər. 
İclası giriş sözü ilə açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə aparılan islahatlar və gələcək hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Nazir qeyd edib ki, aqrar sahədə məhsuldarlığın daha da artırılması, iqlimə uyğun, yaşıl və rəqəmsal kənd təsərrüfatının yaradılması, həmçinin ixrac məhsullarının və coğrafiyasının şaxələndirilməsi aqrar sahənin dayanıqlı inkişafı üçün əsas prinsiplərindəndir. 

Türk dövlətlərinin dünya miqyasında böyük iqtisadi gücə malik olduğunu deyən nazir Məcnun Məmmədov kənd təsərrüfatının bu iqtisadi gücün əsas mənbələrindən biri olduğunu vurğulayıb: “Sahib olduğumuz təbii ehtiyatlar, biomüxtəliflik, coğrafi yerləşmə və iqlim bizim aqrar potensialımızı daha da gücləndirir. Bu gün türk dünyası iş adamlarının və rəsmilərinin bir araya gəldiyi Türk Dövlətləri Aqro Biznes Forumu ölkələrimiz arasında aqrar ticarət əlaqələrinin daha da güclənməsinə hədəflənib. Bizim siz iş adamlarından gözləntimiz bu prinsiplər əsasında əməkdaşlıq quraraq türk birliyinin iqtisadi gücünü daha da artırmaq və ərzaq təhlükəsizliyinə töhfə verməyinizdir”.

Nazir Məcnun Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunan ərazilərimizi “yaşıl enerji zonası” elan etdiyini və bu ərazilərin böyük aqrar potensiala malik olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hazırda əsas məqsəd işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatına yararlı torpaqları minalardan təmizləyərək xəstəliklərdən azad, rəqəmsal və ən müasir təcrübə və texnologiyalara əsaslanan dayanıqlı kənd təsərrüfatı sistemi qurmaqdır. Nazir Məcnun Məmmədov TDT ölkələrinin iş adamlarını Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında investisiya imkanları ilə tanış olmağa və burada ən yaxşı təcrübələr və texnologiyaları tətbiq etməyə çağırıb. Nazir həmçinin iş adamlarını xüsusi investisiya güzəştləri təklif edən yeni yaradılmış Ələt İqtisadi Zonasında beynəlxalq ixrac standartlarına cavab verən və müasir texnologiyalarla təchiz olunan TDT-nin brendinə çevriləcək birgə müəssisələrin yaratmaq imkanlarını da nəzərdən keçirməyə dəvət edib. 

Tədbirdə çıxış edən TDT Baş katibi Kubanıçbek Ömüralıyev təşkilata üzv ölkələrin kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aqrar potensial barədə məlumat verib. Baş katib qeyd edib ki, üzv ölkələrin nəqliyyat infrastrukturu və aqrar potensialından səmərəli istifadə iqtisadi inkişaf və ərzaq təhlükəsizliyinə mühüm töhfə verəcək. 

Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı TDT-ni üzv ölkələr arasında kənd təsərrüfatı, qida, infrastruktur, nəqliyyat sahələrində əməkdaşlığı genişləndirən mühüm bir platforma adlandırıb. Türkiyəli nazir müasir çağırışlar fonunda mövcud çətinliklərin həlli üçün yol xəritələrinin hazırlanması və  əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu, TDT üzvləri arasında olan strateji tərəfdaşlığın önəmli investisiyalara çevriləcəyinə inandığını bəyan edib. 

Özbəkistan kənd təsərrüfatı naziri Əziz Voitov vurğulayıb ki, üzv ölkələrin elmi-texnoloji, iqtisadi potensialı dayanıq inkişafa və ixrac coğrafiyasını genişləndirməklə qlobal bazarlara çatdırılmasına imkan verir.  

Daha sonra Azərbaycanın kənd təsərrüfatı ilə bağlı hazırlanan video çarx nümayiş etdirilib. 

Tədbirdə çıxış edən Qırğızıstanın kənd təsərrüfatı nazirinin birinci müavini Murat Ramatov, Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Abilxayir Tamabek, Şimali Kipr Türk Respublikasının kənd təsərrüfatı və təbii sərvətlər naziri Hüseyn Çavuş, Azərbaycan Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu tədbirin üzv dövlətlər arasında aqrar sahədə əməkdaşlığın yeni istiqamətlərinin formalaşmasına, yeni investisiya imkanlarının təşviqinə və iş adamları arasında əlaqələrin güclənməsinə xidmət edəcəyini vurğulayıblar.  

Daha sonra II Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri arasında ikitrəfli görüşlər keçirilib.

Qeyd edək ki, Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılan və digər dost və qardaş üzv-dövlətlər tərəfindən dəstəklənən Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin ilk toplantısı Özbəkistanda keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi

Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı

"Reges Tikinti Materialları"na protokol irəli sürülüb

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin