BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32708

Xəbər verildiyi kimi, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və İsrail dövlətinin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyi arasında “Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi”, eləcə də “2023-2025-ci illər üçün kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Yol Xəritəsi” imzalanıb.

Bu istiqamətdə sənədlər Azərbaycanda səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixterin rəhbərlik etdiyi nümayəndə heyətinin Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşündə imzalanıb.

Qeyd edək ki, İsraildə kənd təsərrüfatı yüksək inkişaf edib. Bu ölkənin əhalisi Azərbaycanda olduğu kimi 10 milyondur. Əkinə yararlı torpaq sahələri isə Yaxın Şərq ölkəsində Azərbaycanla müqayisədə 2 dəfə azdır. Su ehtiyatı isə ölkəmizlə müqayisədə 10 dəfə azdır. Buna rəğmən İsrail dünyada kənd təsərrüfatını ən mütərəqqi şəkildə inkişaf etdirə biliblər. İsrail 1 milyon hektar və 11 milyard kubmetr su ilə 10 milyonluq əhalini yedirdirməklə yanaşı, məhsulun xeyli hissəsini ixrac da edir. Onun nəticəsidir ki, İsrailin ixracının 15 faizini aqrar sahə məhsulları təşkil edir. 

“Liberal İqtisadçılar” Mərkəzinin rəhbəri Akif Nəsirli Valyuta.az-a açıqlamasında bildirib ki, Azərbaycan İsrailin kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlardan çox şey öyrənməlidir: 

“İsraildə kənd təsərrüfatı kifayət qədər güclü inkişaf edib. Bu mənada Azərbaycanın İsraildən öyrənəcəyi çox məsələ var. Məsələ ondadır ki, kənd təsərrüfatı elə bir sahədir ki, onu İsraildə olduğu kimi, Azərbaycana köçürə bilmərik. Azərbaycan aqrar sahədə yüksək inkişaf mərhələsinə qədəm qoymaq üçün İsrailin keçdiyi yolu keçməlidir. Azərbaycanda toxumçuluq seleksiyası ilə məşğul olanlar demək olar yoxdur. Ölkədə istehsalat üçün seleksiya işləri aparıb, toxum yetişdirən qurum yoxdur. İsraildə isə bu iş yüksək səviyyədə təşkil olunub. 

İsraildə həmçinin bitkilərə yüksək səviyyəli aqrotexniki xidmət qaydaları da tətbiq edilir. Azərbaycanda qidalar yalnız kökündən qidalandırılır. İsraildə isə kökündən qidalanma ilə yanaşı, kökdən kənar qidalanma üsulları da mövcuddur. Onlar yarpağın üstünə suyu səpməklə də bitkini qidalandırırlar. Azərbaycanda suvarılan ərazilərin 98 faizi selləmə suvarılması yolu ilə suvarılır. İsraildə isə demək olar bütün sahələr süni yağış və damcı üsulu ilə suvarılır. İsraildə aqrar sahədə aid belə yüksək texnologiyalar minlərlədir. Azərbaycan indiyə kimi onların demək olar ki, məhdud hissəsini tətbiq edib. 

Digər tərəfdən, Azərbaycan da İsrail kimi kənd təsərrüfatına yüksək kapital qoymalıdır. İndiki halda, Azərbaycanın büdcəsi 40 milyard manata çatsa da, onun cəmi 1,2 milyardı aqrar sektora ayrılır”. 

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin