“Ölkə üzrə qoyun və keçilərin sayı azalıb" - Ekspert
“Ölkə üzrə qoyun və keçilərin sayında azalma müşahidə olunur”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. O, bu gün Azərbaycanda ən çox qoyunun Beyləqan rayonunda saxlanıldığını qeyd edib:
“Beyləqandan sonra Ağcabədi, Biləsuvar, Saatlı, Sabirabad və s. gəlir. Azərbaycanda ən dadlı qoyun əti Beyləqan rayonunda yetişir. Orda xüsusi qoyun sortları var - “Qarabağ” sortu deyirlər. Onların əti lap dadlı olardı. Çünki sürülər yay aylarında dağlara köç edərdi. May ayında Kəlbəcər dağlarına gedən qoyunlar bir də sentyabrın əvvəlində Beyləqana qayıdardı. Dağdan gələn qoyunların əti daha dadlı olardı”.
Akif Nəsirlinin fikirincə, buna səbəb həmin qoyunların yabanı bitkilərlə yetişdirilməsidir:
“Bəziləri bunu iqlimlə əlaqələndirir, bəziləri həmin qoyunların şoranlıq bitkiləri ilə bəslənməsində görür. Məsələn, sirkən, Qarağan, yovşan və s. Onlar efirlərlə zəngin olan bitkilərdir və qoyun ətinə dad verir. Bunu müəyyən etmək üçün mütəxəssis araşdırmasına ehtiyac var. Hazırda Beyləqanda 305 min baş qoyun var. Sovetlər dönəmində Beylaqanda yarım milyon qoyun var idi”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay