BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
31701

Şamaxı rayonunda növbəti toxum sərgi-satış yarmarkası keçirilib. Tədbir Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar innovasiya festivalları çərçivəsində keçirilib. Heydər Əliyev parkında keçirilən tədbirdə Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarından olan fermerlər iştirak edib.

Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarmarkalar yerli toxum bazarının formalaşması, sertifikatlı toxumlara əlçatanlığın təmin edilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulması  məqsədi daşıyır.

Tədbirin açılış mərasimində çıxış edən Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış addımlar və bölgələrdə təşkil edilən tədbirlərin əhəmiyyətindən danışıb. 

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov diqqətə çatdırıb ki, bu gün Şamaxıda təşkil edilən yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Bölgələrdə bu cür yarmarkaların keçirilməsi fermerlərin keyfiyyətli toxuma əlçatanlığını təmin etmiş, eyni zamanda toxum istehsalçıları ilə fermerlərin birbaşa əlaqə qurmasına zəmin yaratmış olur.
Aqrar Xidmətlər Agentliyinin sədr vəzifəsini icra edən, sədr müavini Cəfər Məhərrəmov fermerlərin sertifikatlı toxumlarla təminatı istiqamətində bu kimi yarmarkaların mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, fermerlər üçün sertifikatlı toxumlara əlçatanlığın təmin edilməsi əsas hədəflərdən biridir və yarmarkalar bu hədəfə nail olmağa köməklik etmiş olur. 
Azərbaycan Toxumçular Assosasiyasının sədri Mədinə Əliyeva yüksək məhsuldarlığın əldə edilməsi üçün ilk növbədə rayonlaşmış və setrifikatlaşmış əkin materialının seçilməsinin vacibliyini  vurğulayıb. O qeyd edib ki, yarmarkalarda fermerlər fərqli seçim imkanı qazanır, iqlim şəraitinə, torpağın xüsusiyyətlərinə tam uyğun toxum əldə etmək imkanı qazanırlar. 

Tədbirdə fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun olaraq sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, aqrotexniki qulluq  qaydaları barədə ətraflı məlumatlar verilib. Toxum sərgi-satış yarmarkası ilə yanaşı festivalda kənd təsərrüfatında ixtisaslaşmış çoxsaylı şirkətlər tərəfindən texnika, aqreqatlar, pilotsuz uçuş aparatları, suvarma texnologiyaları, gübrə, pestisid nümunələri, əkin materialları sərgilənib. Festival ərzində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları və digər dövlət müəssisələrinin mütəxəssisləri tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq fermerlərə məlumat verilib, eləcə də bir sıra özəl şirkət nümayəndələri tərəfindən aqrar kredit xidmətləri barədə maarifləndirmə işləri həyata keçirilib.

Festivalda regionun prioritet istiqamətlərinə uyğun olaraq Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və Şamaxı Üzüm Tingçilik Mərkəzinin mütəxəssisləri fermerlərə təlim keçiblər. Qeyd edək ki, növbəti toxum sərgi-yarmarkası avqustun 25-də Ağstafa rayonunda təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Messi və komanda yoldaşları Bakıya gəlir - Bilet qiymətləri

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin