Azərbaycanın 16 rayonunda məhsul yığımı davam edir (FOTOLAR)
Respublikanın pambıq becərilən 16 rayonunda məhsul yığımı davam edir. Məhsul yığımı prosesində 447 kombayn və 3085 traktor yedəyi iştirak edir. Texnika sayı məhsulun sahlərdən 100 faizə yaxınını kombaynlar vasitəsilə yığmağa imkan verir.
Bu il Kürdəmir 2 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Sahələrdə defolyasiya prosesi başa çatıb, yığım prosesinə 12 kombayn cəlb olunub. Fermerlər artıq kondisiya çəkidə 2200 tona yaxın məhsulu yığaraq tədarük məntəqələrinə təhvil veriblər.
Dövlət dəstəyinin genişləndirilıməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.
Respublikada pambıq yığımının optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay