Respublikada pambıq yığımı davam edir (FOTOLAR)
Respublikada pambığın mexanikləşdirilmiş üsulla kütləvi yığımı davam edir. Bugünədək sahələrdən kondisiya çəkidə 127 min tona yaxın pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib.
Məhsul yığımı prosesinə ümumilikdə 447 kombayn və 3085 traktor yedəyi cəlb olunub ki, bu da məhsulun 100 faizə yaxınını texnika vasitəsilə yığmağa imkan verir.
Bu il Salyan rayonunda 9 min hektardan artıq sahədə pambıq əkilib. Artıq defolyasiya prosesi başa çatmış sahələrdə kütləvi yığım gedir. Fermerlər bugünədək sahələrdən 11 min tona yaxın məhsul yığaraq tədarük məntəqələrinə təhvil veriblər.
Dövlət dəstəyinin genişləndirilıməsi fermerlərin pambıq əkininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarükü və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfidən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alnırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığn alış qiymətinin artırılması fermerləri aqrotexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.
Respublikada pambıq yığımı davam edir. Yığımın optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay