BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
23986

Payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək məqsədilə bölgələrdə toxum sərgi-satış yarmarkaları keçirilir. Mövsüm ərzində Şəki, İsmayıllı, Quba, Ağcabədi, Sabirabad və Cəlilabad rayonlarında təşkil olunan yarmarkalarda minlərlə fermer yerli və xarici toxum sortları ilə tanış olmaq imkanı əldə ediblər.

Bu gün növbəti toxum sərgi-satış yarmarkası Hacıqabul rayonunda təşkil olunub. “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkında təşkil olunan yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC,  Dövlət Toxum Fondu, Aqrar Sığorta Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirib ki, rayonda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Aqrar sahədə uğurlu islahatların həyata keçirilməsi məhsuldarlığın artmasına ciddi təsir göstərib. Taxılçılıqda məhsuldarlığın artmasına fermerlərin keyfiyyətli, sertifikatlaşdırılmış toxumlara üstünlük verməsi müsbət təsir edib. Bu cür yarmarkaların keçirilməsi toxum istehsalçıları ilə fermerlərin birbaşa əlaqələrin qurmasına, təcrübə mübadiləsi aparmasına səbəb olur.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hər il olduğu kimi bu il də toxum satış yarmarkalarına maraq böyükdür: “Yüksək məhsuldarlığın əldə olunması üçün ilk addım keyfiyyətli, sertifikatlaşmış toxumdan başlayır. Əkin materialının düzgün seçilməsi yekun nəticədə fermerin yüksək məhsuldarlıq və daha çox gəlir əldə etməsinə səbəb olur. Hər il sahələrdən yüksək məhsuldarlıq əldə edən fermerlərin sayı artır. Burada düzgün aqrotexniki qulluq qədər, düzgün toxum seçimi də mühüm rol oynayır. Bu cür yarmarkalar həm fermerlərin keyfiyyətli toxuma əlçatanlığını təmin edir, həm də toxum bazarının formalaşmasına da müsbət təsir göstərir”.

Ölkənin ən böyük toxum istehsalçılarından olan “Agrodiary” MMC-nin rəhbəri Niyazi Əmirbəyov bildirib ki, fermerlər bu il keyfiyyətli toxum almağa daha çox maraq göstərirlər: “Ötən il müxtəlif sort toxumlardan yüksək məhsuldarlıq əldə edən fermerlər artıq növbəti əkin mövsümü ərəfəsində də keyfiyyətli toxum ehtiyatı formalaşdırırlar. Toxum istehsalında müasir innovasiyalardan istifadə olunur, müxtəlif iqlim şəraitinə uyğun toxum yetişdirilir. Ən əsası fermerlərin sərbəst seçim etmək imkanı var, bu gün keçirilən yarmarka belə imkanlardan biridir”.

Daha sonra tədbir iştirakçıları müxtəlif növ toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüblər. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi

Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı

"Reges Tikinti Materialları"na protokol irəli sürülüb

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin