“Aqro-Mən” müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilidi (FOTOLAR)
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunan Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirilən “Aqro-Mən” müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim olunub. Görüşdə müsabiqənin tərəfdaşı olan qurumların – AKİA, FAO, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), həmçinin Aqrar İnnovasiyalar Mərkəzinin rəsmiləri iştirak ediblər.
Aqrokimyəvi analizlərin təkmilləşdirilməsi, yem istehsalı, toxumçuluq, arıçılıq və heyvandarlığın inkişafı ilə bağlı layihələrin qalibləri olan Hacıbala Hacıyev, Rafiq İmanov, İlkin Əliyev, Sərxan Hacıyev və Babək Bayramov müsabiqənin təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, qaliblər qısa zaman ərzində müvafiq aktivlərlə (alət və avadanlıq) təmin ediləcəklər.
Xatırladaq ki, FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində reallaşdırılan layihənin əsas məqsədi regionlarda yaşayan və aqrar sahədə fəaliyyət göstərən gənclərin bilik və bacarıqlarını artırmaqla, o cümlədən onları lazımi avadanlıqlarla təchiz etməklə müvafiq sahədə məşğulluq imkanlarının genişləndirilməsidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay