Kəndli su tapmır: Əkinlər qurumaq üzrədir (VİDEO)
Kəndli min bir əziyyətlə əkdiyi yonca və taxılı sulamalıdır, ancaq təəssüf ki, su tapmır. Hazırda bu problemlə üz-üzə qalan Neftçalanın Beştəli kəndinin camaatıdır. Sakinlər iddia edirlər ki, bu günə qədər aidiyyəti üzrə dəfələrlə müraciət ediblər. Lakin nə bir cavab var, nə də bir hərəkət. Sahələr isə susuzluqdan yanır.
Valyuta.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb.
Beş kəndin əkin sahələri susuz qalıb. Söhbət Neftçalanın Beştəli kəndindən gedir. Nasoslar işləmədiyindən həm Beştəli, həm də ətraf kəndlərin əkin sahələri susuz qalıb.
Sakinlərin sözlərinə görə hazırda yonca və taxıl sahələrinin suvarılma vaxtdır. Amma su olmadığı üçün əkinləri qurumaq üzrədir.
Kənd sakinlərinin sözlərinə görə onlara bildirilib ki, Kürün suyunun şorlaşması səbəbindən nasoslar sondürülüb.Amma Kürün o, tayında bütün nasoslar işləyir. Onlar aidiyyətı üzrə dəfələrlə müraciət etsələr də bu günə qədər şikayətlərinə baxan olmadığını bildirirlər.
Məsələ ilə bağlı Netçala icra hakimiyyətinin başçısının müavini Bürcəli Ağayev bildirdi ki, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən dənizin suyu 41 kilometr irəliləyib. Nəticədə kür çayı boyu 22 yaşayış məntəqəsində əhalinin su təlabatının ödənilməsində problemlər yaranıb.Bu gün Neftçala rayon ərazisində 22 su nasosundan yalnız Neftçala maqistral su kanalından Xol zonasına suyun verilməsi təmin edilib. Bundan başqa sösügedən ərazilərə 25 sudaşıyan nəqliyyat vasitələri ilə modul qurğulara su daşınması təmin edilib. Görülən təbdbirlərlə əlaqədar may ayının əvvəllərində Kür çayında suyun səviyyəsində artımı gözlənilir. Bununlada əkin sahələrinin suvarılmasında yaranan problemlər aradan qaldırılacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay