BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
20467

“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə yeni Avropa mənşəli cins damazlıq heyvanlar - “Simmental” inəkləri gətirilib. İnəklər kompleksin iribuynuzlu heyvanlarının saxlama fermasında standartlara uyğun şəraitdə saxlanılır, qidalandırılır və baytar nəzarəti edilir. Karantin müddəti bitdiyinə görə artıq inəklərin satışına başlanılıb. 

Avstriya mənşəli “Simmental” cinsi Avropada geniş yayılıb, südlük-ətlik və ətlik-südlük istiqaməli cinsdir. “Simmental” adaptasiya baxımından quru-rütubətli, isti-soyuq iqlimlərə tez uyğunlaşan cins damazlıq heyvandır. Bu malın məhsuldarlıq və damazlıq keyfiyyəti olduqca yüksəkdir, yerli cinslərin təkmilləşdirilməsində istifadə edilir. Bu cinsin əsas xüsusiyyətləri: yediyi yemin müqabilində çoxlu məhsul hasil etmək, tezyetişkənlik, kökəlmə qabiliyyəti, ətin yüksək keyfiyyətli olması və sairdir. Ətlik-südlük istiqamətli Simmental cinsli heyvanların süd məhsuldarlığı və yağlılığı kifayət qədər yüksəkdir (5500-6500 lt və yağlılığı 3,8-4,1%). “Simmental” cinsli damazlıq heyvanların  laktasiya dövrü 305 gündür. Süd məhsuldarlığı 1-ci laktasiya dövründə 5500 lt-dən çox, 2-ci laktasiya dövründə 6500 lt-dən çox, 3-cü laktasiya dövründə 7000 lt-dən çox olur. “Simmental” cinsin ətlik keyfiyyəti yüksək olub, kökəldilmiş cöngələr 18 aylıqda 500 kq, 24 aylıqda 650 kq canlı kütləyə çatırlar. Yaxşı yemləmə və bəsləmə şəraitində 900-1100 qram sutkalıq çəki artımı əldə etmək mümkündür. Təmiz ət çıxarı 50-55 faiz olur.  

Bu heyvanların kompleksə gətirilib satılmasında əsas məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdır. Xatırladaq ki, kompleksdə heyvanların 60% dövlət güzəşti ilə satışı təşkil edilir. Burada fermerlər heyvanlara baxış keçirərək, sərgi-satış mərkəzində və auksionda hərraca qoşularaq əldə edə bilərlər. Sərgi salonuna gələn ziyarətçilər ölkədə və Avropada satışda olan heyvanlar haqqında həm video çarx vasitəsilə, həm də satış nümayəndələri vasitəsilə onların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanılma şəraiti barədə ətraflı məlumat əldə edə bilərlər. Həmçinin, kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığrotalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir ki, bu da bu müasir kompleksdə heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha asan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərdə operativlik və şəffaflıq təmin edilir. Yəni, heyvan alışı zamanı Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 60% dövlət güzəştinin tətbiqi, lizinq, sığorta və qiymətlələndirmə şirkətləri mərkəzin özündə fəaliyyət göstərdiyi üçün artıq bu qurumlara ayrı-ayrılıqda müraciət etməyə ehtiyac qalmır. Fermer seçdiyi, aldığı heyvana görə sənədləşdirmə işlərini bir gün müddətində  vahid mərkəzdə həyata keçirmək imkanı əldə edir.

Kompleks həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Kompleksdə satışda olan heyvanlar haqqında məlumat almaq üçün 1659 əlaqə nömrəsi fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin