BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
17436

Aqrar sahədə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd veriləcək. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi. 

Valyuta.az xəbər verir ki, Elmi Şuranın digər qərarına əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur. 2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.  

Universitetin stimullaşdırıcı təqaüd proqramları haqqında məlumat verən AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, əlavə təqaüdlərin məbləğinin artırılması tələbələrin sosial rifah vəziyyətini yaxşılaşdırmaqla yanaşı, onların aqrar sahənin mütəxəssisi kimi yetişməsində mühüm rol oynayacaq. Bundan başqa, tələbələrin universitetin hər cür şəraiti olan müasir 1044 yerlik yataqxanasında yaşamaq imkanı var. 4 ulduz təsnifatına uyğun inşa edilmiş tələbə yataqxanasında kitabxana, yeməkxana, kompüter otaqları, idman zalları, camaşırxana, tibbi yardım otaqları, mağazalar və s. fəaliyyət göstərir.

Rektor qeyd edib ki, ADAU tələbələrinin təhsil dövründə mübadilə proqramlarından yararlanmaq, təhsillərinin bir hissəsini xarici ali məktəblərdə davam etdirmək imkanı var. Ötən ay Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində ikili diplom proqramı haqqında Əməkdaşlıq Memorandumu imzalanıb. Memoranduma əsasən, bu ali təhsil müəssisələrinin magistrləri birinci ili ADAU-da, ikinci ili isə Oklahoma Dövlət Universitetində təhsil almaqla hər iki universitetin diplomunu əldə etmiş olacaqlar.

ADAU ilə Türkiyənin Ege Universiteti arasında imzalanmış ikili diplom proqramı çərçivəsində 2021-ci ildən başlayaraq hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege Universitetində ödənişsiz təhsil alaraq iki diplom əldə edəcəklər. 

Bundan başqa, ötən həftə ADAU ilə Eskişehir Teknik Universiteti arasında “Mövlana” proqramı və əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

ADAU rektoru qeyd edib ki, bu il Türkiyə, İsrail, Qazaxıstan və digər ölkələrdən 100-dək tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almaq üçün müraciət edib. Xarici tələbələr əsasən, kənd təsərrüfatı ixtisasları üzrə təhsil almaq niyyətindədir.  

Qeyd edək ki, aqrar sahədə peşəkar kadrların hazırlanması məqsədilə ADAU-nun maddi-texniki bazasının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Ötən il iyunun 24-də Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, yeni tədris korpusu dövlət əsaslı vəsait qoyuluşu - investisiya xərcləri hesabına tikilib. Burada aqrar sahədə müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların aparılması üçün hər cür şərait yaradılıb, ən yeni əyani vəsaitlər, avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar professor-müəllim heyətinin və tələbələrin ixtiyarına verilib. Yeni tədris korpusunda ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq.

Yeni tədris ili ərəfəsində Azərbaycan Dövlət Aqrar Universitetində Biotexnologiya Mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzdə laboratoriya şəraitində klon calaqaltı formaları mikroklonal üsulla çoxaldılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş Biotexnologiya Mərkəzində bu universiteti bitirmiş mütəxəssislər çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin