İsmayıllıda aqrar sığorta ilə bağlı görüş keçirilib
Aqrar İnkişaf Fondunun və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun Ustal və Qalagah kəndlərində əkinçilik və heyvandarlıqla məşğul olan ailə fermer təsərrüfatlarının başçıları və fiziki şəxslərlə görüş keçirilib.
Valyuta.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev, Aqrar Sığorta Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əli Əhmədov, Aqrar Müştərək Sığorta şirkətinin satış koordinatoru Xəyal Heydərov çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin 2019-cı il 19 avqust tarixli Fərmani ilə yaradılan Aqrar Sığorta Fondunun əhəmiyyətindən, əkinçilik, heyvandarlıq və bağçılıqla məşğul olan sahibkarların bu fonddan yararlanmalarının vacibliyindən, Fondun respublikamızda aqrar sektorun inkişafındakı rolundan danışılıb.
Vurğulanıb ki, hazırda aqrar sığorta mexanizmi vasitəsilə 14 bitki və əkin sahələrini, o cümlədən taxıl, qarğıdalı, kartof, tütün, üzüm və sair, habelə kənd təsərrüfatı heyvanlarını sığortalamaq olar. Diqqətə çatdırılıb ki, bu gün təsərrüfatı yanğın, dolu, torpaq sürüşməsi, qasırğa kimi təbii fəlakətlərin törədə biləcəyi ziyandan qorumaq xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə sığortanın bağlanma mexanizmi, bitki və heyvanlar üzrə sığorta haqlarının hesablanması barədə iştirakçılara ətraflı məlumat verilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay