“Aqroservis”in ötənilki zərəri kəskin azalıb - HESABAT
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC 2020-ci ili 60,985 milyon maant zərərlə başa vurub.
Valyuta.az xəbər verir ki, bu barədə ASC-nin açıqladığı maliyyə hesabatında qeyd edilib.
Belə ki, bu göstərici 2019-cu ilə nisbətən 18,1% azdır.
Ötən il “Aqroservis”in vergiyəqədərki zərəri 81,442 milyon manat (illik müqayisədə 3,75% çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 20,457 milyon manat (5,05 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Aqroservis”in aktivləri 770,772 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,3% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin 4,1% azalaraq 391,78 milyon manata düşüb, balans kapitalı isə 12,3% artaraq 378,992 milyon manata çatıb.
Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında ötən il yaradılıb. Onun nizamnamə kapitalı 411,976 milyon manatdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay