BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
16487

Artıq müxtəlif ölkələrdə kənd təsərrüfatı məhsulları arasında yayılan virusun təzahürləri olduğuna görə, digər ölkələr öz sərhədlərini qorumaq üçün profilaktik tədbir olaraq məhdudiyyətlər tətbiq edirlər.

Valyuta.az Trend.az-a istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Balarəhim Quliyev deyib. 

O bildirib ki, Rusiya da bununla bağlı məhdudiyyətlərə başlayıb: 

"Belə ki, Rusiya 2020-ci ildən Ermənistan və Türkiyədən daxil olan pomidora qonur qırışıqlığı viusunun aşkar olunması ilə əlaqədar məhdudiyyət tətbiq edib. Bu ilin əvvəlindən isə Türkmənistan, Özbəkistan və Qazaxıstandan daxil olan pomidorda repina mozaik virusunun aşkar olunması ilə əlaqədar həmin ölkələrin müvafiq vilayətlərindən idxala qadağa qoyulub. Azərbaycana da artıq bununla bağlı müəyyən siqnallar daxil olmaqdadır. İlk dəfə cari ilin aprel ayının 23-də ölkədə fəaliyyət göstərən "Gözəl təbiət" MMC təsərrüfatında becərilən pomidor bitkisində Rusiyada qonur qırışıqlığı virusu aşkar olunub. Bizə bildiriş daxil olan kimi agentliyin mütəxəssisləri tərəfindən monitorinq keçirildi”. 

B.Quliyev qeyd edib ki, məhsullardan götürülən nümunələr həm Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına, həm də Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin Zirayi Mücadilə Mərkəzi Araşdırmalar Laboratoriyasına göndərildi: 

“Lakin aparılan müayinələr zamanı bitkidə virus aşkarlanmadı. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin nümayəndələri may ayında Azərbaycanda səfərdə olarkən, həmin təsərrüfata baxış keçirildi və yenə də nümunələr götürülüb, Rusiyaya göndərildi. Nəticələrə görə virus aşkar olunmadı. Ona görə də həmin təsərrüfata tətbiq olunan məhdudiyyət aradan qaldırıldı”.

Sədr müavini sonrakı mərhələdə Azərbaycanda fəaliyyət göstərən “Can Aqro” və “Geotermal Aqro” MMC-lərin məhsullarında isə repina mozaik, eyni zamanda “Lokal Garden” MMC-nin yük partiyasında isə qonur qırışıqlıq viruslarının aşkar olunması ilə əlaqədar Azərbaycana bildirişlər daxil olduğunu bildirib: 

"Bununla əlaqədar AQTA yenidən həmin müəssisələrdə monitorinqlər keçirib. Ancaq bu bildirişlər gec daxil olduğuna və hazırda istixanalar öz məhsullarını istehsal edib bitirdiyinə görə, monitorinq zamanı orada məhsula rast gəlmədik. Virusun Azərbaycanda aşkarlanması hələ təsdiq olunmayıb. Bu virusla konkret mübarizə üsulu yoxdur. Əgər təsərrüfat yoluxubsa, onu sağlamlaşdırmağın hər hansı bir metodu yoxdur. Burada yalnız bir yol qalır. Həmin təsərrüfatda bütün bitkilər yandırılaraq basdırılır, təsərrüfat dezinfeksiya olunur və ən azı 2-3 il müddətinə həmin torpaqda heç nə əkilmir. Vurulan ziyanın bu baxımdan iqtisadi zərəri çox böyükdür".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bu ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin