Aqrar sığorta eksperti olmaq istəyənlərin qeydiyyatı başlayır
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq üçün keçirilmiş test imtahanının I mərhələsində müvəffəqiyyət qazanaraq Aqrar Sığorta Fondunun təşkil etdiyi təlimlərə cəlb olunmuş namizədlərin test imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyatı aparılır.
Bu barədə Valyuta.az Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd edilib ki, qeydiyyat avqustun 20-si saat 11-dək davam edəcək. İmtahanın II mərhələsi avqustun 21-də DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə keçiriləcək.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”lərinin pul hesabına imtahanda iştirak üçün tələb olunan 94.40 AZN (ƏDV daxil olmaqla) məbləğində pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçib imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanının II mərhələsi Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair sualları əhatə edir. İmtahanda toplanılması mümkün olan ümumi (maksimal) bal 120-dir. 84 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay