Şamaxı rayonunda üzüm yığımına başlanılıb
Şamaxı üzümçüləri məhsul yığımına start veriblər və hazırda rayonun Şəhriyar qəsəbə, Çarhan, Mədrəsə, Məlcək və Həmyə ərazi dairələrində məhsulun tez və itkisiz yığılması üçün ciddi səy göstərilir.
Valyuta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib.
Qeyd edilib ki, indi ilkin olaraq daha tez yetişən “Prima” və “Kardinat” süfrə sortlu üzüm yığılır.
Məhsul yığımına hələlik 50 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Hər gün 3-4 ton üzüm yığılır və birbaşa yerli bazarlara çıxarılır.
Qeyd edək ki, üzümçülük Şamaxı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir.
Vaxtilə üzümçülük rayonu kimi tanınan bölgədə son illər bu ənənəvi və gəlirli sahənin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür.
Artıq plantasiyaların sahəsi 1933 hektara çatdırılıb ki, bunun da 1731 hektarı məhsuldardır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay