BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
15761

Kənd Təsərrüfatı Naziliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən yeni üzüm sortu yaradılıb. 

Valyuta.az xəbər verir ki, “Gəncəvi” adlandırılan üzüm sortu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət reyestrində  qeydə alınıb. “Gəncəvi” üzüm sortu Azərbaycanın qiymətli süfrə “Ağ şanı” və texniki “Bayanşirə” üzüm sortlarının hibridləşməsindən alınıb.

Sort universal istiqamətlidir. Həm təzə halda istifadəyə, həm də emal üçün yararlı texnoloji parametrlərə malikdir. 

Sort valideynləri ilə müqayisədə universal istiqamətli olması, biotik və abiotik amillərə davamlılığı ilə seçilir: çiçəyi ikicinslidir, salxımları iri (uzunluğu 16-22 mm, eni 9-12 mm), konusvarı, orta sıxlıqda, bəzən seyrək şaxələnmiş formadadır, gilələri iri (uzunluğu 17-21 mm, eni 15-19 mm), ovalşəkilli və ya yumurtavarı formada, açıq-yaşıl rəngdədir, ləti ətvari-şirəli olub şirindir. Vegetasiya müddəti 156-164 gün arasında dəyişir. 

Gilələri sentyabr ayının axırlarında tam yetişir. Gec yetişən sortlar qrupuna mənsubdur.

Mildiu, oidium və boz çürümə xəstəliklərinə qarşı davamlılıq və dözümülülük (tolerantlıq) nümayiş etdirir. Məhsuldarlığı yüksəkdir. Becərmə sistemindən və şəraitindən, tənəyin formasından asılı olaraq məhsuldarlığı fərqli olur. 

Suvarılma şəraitində bir tənəkdə barlı zoğların miqdarı 60-80%; bar əmsalı 0,75-1,1; salxımların kütləsi 220-500 q; bir tənəyin məhsulu 7,2-12,4 kq, hektardan məhsuldarlıq 159-220 s/ha arasında dəyişir. Tənəklərinə çoxqollu yelpik formasının verilməsi, bar barmaqlarının 12-16 gözcüyə kəsilməsi, 50-56 gözcük yükünün verilməsi məsləhətdir (suvarma şəraitində). 

Dəmyə şəraitində isə sortun tənəklərinə kordon (birçiyinli və ikiçiyinli), Güyo və üçqollu yelpik forması verməklə, budama zamanı 28-34 gözcük saxlamaq olar.

Salxımları ümumi kütləsinə görə şirə çıxımı 81,3%; qabıq və lətin qalığı 11,7%; daraq 3,6%; toxum 3,4% olur. 100 gilənin kütləsi 282,8 qr, 100 toxumun kütləsi 3,8 qr - dır. Salxım və gilələrinin xarici görünüşü gözəldir, gilələrinin dadı və ətri harmonikdir. Dequstasiya qiyməti yüksək olmaqla 9 baldır. 

Salxım və gilələrin xarici görünüşü 3 balla, gilələrin dadı və aromatı 4 balla,  qabıq və lətin xarakteri 2 balla qiymətləndirilib. Sort universal istiqamətli olub, perspektivlidir. 

Gilələrdə şəkərlilik 18-20 q/100 sm3, titirlənən turşuluq isə 6,8-8,0 q/dm3 arasında dəyişir. Təzə halda istifadə ilə yanaşı, müxtəlif növ ağ şərabların, üzüm şirəsinin istehsalı və qurudulma üçün yararlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nazirlikdə yeni baş idarə rəisi təyin edildi (FOTO)

Nazirlikdə yeni baş idarə rəisi təyin edildi (FOTO)

"Arpaçay" yatağı satışa çıxarılır

KPMG: Bankların kibercinayətləri önləmək üçün xərcləri kibercinayətkarların vurduğu zərərdən çoxdur

Fitch Solutions: Azərbaycanda qarşıdakı 10 ildə inflyasiya 5% civarında olacaq

İtaliya avstriyalı milyarderi həbs etmək istəyir

Messi və komanda yoldaşları Bakıya gəlir - Bilet qiymətləri

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin